Elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb.
Ulusal.az xəbər verir ki, əmrə əsasən XI sinif məzunlarından 220 nəfər qızıl, 41 nəfər isə gümüş nişanla təltif olunub.
Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.