Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) təhsil müəssisələrində qarşıdan gələn bayram və payız tətili günləri ilə bağlı açıqlama yayıb.
Ulusal.az xəbər verir ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü 11 noyabrdır.
Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü isə 12 noyabrdır.
İdarədən bildirilib ki, məktəblərdə 16–20 noyabr tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.






















