Ulusal.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, Ural regionundakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.
Jurnalist mənbələrinin verdiyi xəbərə əsasən, Şıxlinskinin hazırda Moskvadakı Azərbaycan səfirliyinin binasında yerləşən oteldə gizləndiyi ehtimal olunur.
Qeyd edək ki, bundan əvvəl onun oğlu Mutvala Şıxlinski iyulun 1-də Yekaterinburqda Rusiya təhlükəsizlik xidmətinin əməkdaşının üstünə hücum etdiyinə görə eyni maddə ilə saxlanılmışdı. Hadisədən sonra hüquq-mühafizə orqanları Şahin Şıxlinskiyə qarşı da cinayət işi açaraq onu axtarışa veriblər.haqqin.az