Rusiya Federasiyasının Dövlət Duması Rusiya vətəndaşlığından məhrumetmə prosesini sadələşdirib.
Bununla bağlı müvafiq qanun qəbul edilib. Lakin maraqlıdır ki, bu qanun ilhaq edilmiş Ukrayna ərazilərinin sakinlərinə aid edilməyəcək.
Yeni qanuna görə, adam öldürmə ilə yanaşı, qeyri-qanuni miqrasiyanın təşkili adı ilə də insanları Rusiya vətəndaşlığından məhrum etmək olacaq. Ekspertlər bu qanunun sonradan vətəndaşlıq alan postsovet ölkələrindən olan vətəndaşları hədəfə aldığını bildirirlər.
Qeyd edək ki, bu tədbirlər Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi fonunda həyata keçirilir. Bu günlərdə Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov və bir Azərbaycan əsilli MMA döyüşçüsü Rusiyada qalma qaydalarını pozması adı ilə Rusiya vətəndaşlığından məhrum edilib.“AzPolitika.info”