Tehranda aparılan müzakirələr zamanı İranın keçmiş prezidenti Məhəmməd Xatəmi Xəzər dənizini “Mazandaran gölü” adlandırıb.
O, bunu dənizin cənub sahilində yerləşən Mazandaran əyalətinin adı ilə əlaqələndirib.
Ulusal.az xəbər verir ki, bu termini iranlı jurnalist təkrar edəndə görüşdə iştirak edən Azərbaycanın sabiq prezidenti Heydər Əliyev əsəbi halda ona düzəliş edib.
O, Xəzər dənizinin Mazandaran gölü adlandırıldığını heç vaxt eşitmədiyini deyib və “Xəzər dənizi üçün yeni adlar düşünməklə” ikitərəfli əlaqələrin yaxşılaşdırılması səylərinə “mane olanları” pisləyib.Bizim.Media