image-rt-reklam
image-resizebackend

Ermənilər təşvişdə: “Laçın dəhlizi” bağlansa…

image-728x90
“Son vaxtlar Azərbaycanın Ermənistanı Qarabağla birləşdirən dəhlizi bağlaya biləcəyi barəsindəki ehtimal ssenarisi Ermənistanın siyasi müstəvisində kifayət qədər fəal müzakirə olunur, çünki bu cür şantajlar müntəzəm olaraq aparılır”.

Bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Paşinyanın ötən gün İrəvanda keçirilən KTMT sammiti zamanı “Laçın dəhlizi bu günə kimi tam olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında deyil, Azərbaycan ordusu isə Laçın dəhlizində bir neçə mövqe saxlayır” bəyanatı görünür siyasi hakimiyyəti narahat edir.

“Yalnız Azərbaycanın Laçından keçən dəhliz əvəzinə tamamilə yeni, xeyli ensiz yol çəkdiyini nəzərə alaraq, burada hərbi hissələrini yerləşdirsə, o zaman güman etmək olar ki, Azərbaycan Laçın dəhlizinin bağlanması ideyasını həyata keçirə bilər

“Ehtimallı və faciəli nəticələri nəzərdə tutan bu ssenari Qarabağda da istisna deyil. “Artsaxın xarici işlər naziri” vəzifəsini icra edən Davit Babayan bildirib ki, Azərbaycan son vaxtlar Ermənistanı Qarabağla birləşdirən dəhliz məsələsi ilə bağlı daha çox spekulyasiya etməyə başlayıb.

“Azərbaycan davamlı olaraq deyir ki, Laçın dəhlizindən Qarabağa silah-sursat gəlir. bunun reallıqla heç bir əlaqəsi yoxdur. Təbii ki, Azərbaycan müxtəlif işlər görə bilər, ona görə də biz də onların məqsədlərini zərərsizləşdirmək üçün müvafiq işlər görməliyik. İlk növbədə, biz bu işləri Rusiya sülhməramlıları, Rusiya, ATƏT-in Minsk qrupunun digər iki həmsədr ölkəsi, ABŞ və Fransa ilə birlikdə aparmalıyıq”, – separatçı “nazir” deyib.yenisabah

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90