image-rt-reklam
image-1668504400_iran-casusbackend

Ehtiyatlı olmalıyıq, İran terror törədə bilər – EKSPERT

image-728x90

“İran Azərbaycana təsir etmək üçün terrora əl ata bilər”.

Bunu Modern.az-a təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib. Azərbaycanda İranın casus şəbəkəsinin ifşa olunmasından söz açan ekspert bəzilərin hələ də həbs olunmadığını söyləyib:

“İranın dəstəklədiyi dini radikal qruplaşmalar Azərbaycana təsir etmək üçün müəyyən terror hadisələri törətməyə cəhd göstərə bilər. Bundan öncə İran casus şəbəkəsinin Azərbaycan vətəndaşlarından ibarət silahlı dəstəsi saxlanılmışdı. Bu insanlar Suriyada xüsusi hazırlıq keçiblər. Onlardan bir neçəsi saxlanılıb. Müəyyən bir qrup isə hələ də həbs olunmayıb. Həbs olunmayan şəxslərin terror hadisəsi törətməsi mümkündür. Bu, xüsusilə, nəzərə alınmalıdır”.

İlham İsmayılın sözlərinə görə, vəziyyətin gərginləşdiyi dönəmdə terrora hazırlaşan tərəflər adətən gözləmə mövqeyi tuturlar. Onlar terror aktını həyata keçirmək üçün aranın sakitləşməsini, şübhəli məqamların aradan qalxmasını gözləyirlər. Bu müddət ərzində xüsusi xidmət orqanları birgə fəaliyyəti daha da gücləndirməlidir. İndiki məqamda maarifləndirmə işlərinin aparılması da xüsusi əhəmiyyət daşıyır.

“Bu gün təhlükəsizliklə bağlı tədbirlərin ikiqat gücləndirilməsinə ehtiyacın olduğu danılmaz faktdır. Metro, avtobus, universitet kimi insanların kütləvi toplaşdığı yerlərdə mövcud təhlükəsizlik işlərinə əlavələr edilməlidir. Eyni zamanda, əhali arasında maarifləndirmə işi aparılmalıdır.

Məsələn,Türkiyədəki hadisəyə baxın, oturduğu yerdə bombanı qoydu və çıxıb getdi. Belə hadisələr nəinki Azərbaycanda, eləcə də hər yerdə ola bilər. Hüquq-mühafizə orqanları maarifləndirmə işində televiziyaların imkanlarından istifadə etməlidir. Terror elə bəladır ki, bundan heç bir dövlət sığortalanmayıb. Ən güclü dövlətlər belə bununla üzləşiblər”, – ekspert İlham İsmayıl vurğulayıb.

Qeyd edək ki, İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90