image-rt-reklam
image-42fa9d77-d0e8-420a-9b2d-425b316af2acbackend

Çexiyada Rusiya səfirliyinin işıq və qazını kəsmək təklif edildi: “Qoy soyuqdan donsunlar”

image-728x90

Çexiyada Rusiya Federasiyasının Praqadakı səfirliyinin qaz, işıq və su təchizatının kəsilməsini tələb edən petisiya yaradılıb.

Petisiya “Petice.com” saytında dərc olunub. “Twitter”dəki “Dárek pro Putina” layihəsi təklif edib ki, qoy Rusiyanın Praqadakı səfirliyi elə “öz qaynatdığı şorbadan dadsın”.

“Biz elektrik və su tədarükçülərindən Praqada Rusiya Federasiyasına aid olan bütün binaların təchizatını dayandırmalarını istəyirik. Qoy onlar da kiyevlilər kimi hava qaraldıqdan sonra soyuqdan donsunlar”, – deyə məlumatda qeyd edilir.

Petisiyanın mətnində deyilir ki, Rusiya ordusu artıq neçə həftədir ki, Ukraynanın şəhər və kəndlərini raket atəşinə tutur. Atışma nəticəsində təkcə yaşayış binaları, məktəblər, uşaq bağçaları, mağaza və fabriklər deyil, xəstəxanalar da işıqsız qalır.

“Görünür, Rusiya Ukraynanı qaranlıq və soyuqla sındırmaq qərarına gəlib. Yüksək mənəvi prinsiplər nöqteyi-nəzərindən çıxış edərək biz müvafiq dövlət və özəl enerji paylayıcılarından xahiş edirik ki, Praqadakı rusiyalı diplomatlara elə “öz əməllərindən dadmalarına” imkan versinlər. Xahiş edirik ki, Rusiya Federasiyasının bütün əmlakı qazdan, sudan və işıqdan məhrum edilsin”, – deyə petisiya müəllifləri qeyd ediblər.(Mənbə: UNIAN)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90