image-rt-reklam
image-1200_0_1639074069-9257backend

Britaniya Ukraynaya daha böyük dəstək verəcək

image-728x90

Britaniya bu qış Xerson uğrunda həlledici döyüş yaxınlaşdıqca Ukrayna Silahlı Qüvvələrinə dəstəyini artıracaq. Ulusal.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Reuters agentliyinə müsahibəsində bildirib .  Ukrayna hərbçilərinin təlimini Uolles NATO-nun baş katibi Yens Stoltenberqlə birgə izləyib.

Britaniya artıq Ukraynaya   12 min yataq dəstinin göndərildiyini açıqlayıb.

“Qış yaxınlaşır və bu, hər iki tərəf üçün mühüm çağırışdır. Biz Ukrayna əsgərlərini ən yaxşı  silah və təhcizatla  təmin etməkdə qərarlıyıq, çünki biz artıq bilirik ki, Rusiya ordusu bunu etmir”, – nazir əlavə edib.

Onun sözlərinə görə, hazırda avadanlıq və dəstəyi davam etdirmək çox vacibdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90