BMT Rusiya Federasiyasının Ukraynaya təzminat ödənilməsinə dair qətnamə qəbul edib . Ulusal.az xəbər verir ki, qətnaməni 94 ölkə dəstəkləyib.
BMT Baş Assambleyası Rusiya Federasiyasının açdığı müharibə nəticəsində Ukraynaya dəymiş zərərlərin reyestrinin yaradılması və təzminatların ödənilməsi haqqında qətnamə qəbul edib .
The Washington Post -un məlumatına görə , 94 ölkə qətnaməni dəstəkləyib. Daha 73 dövlət bitərəf qalıb.
Eyni zamanda, 13 ölkə qətnaməni dəstəkləməyib. Onların arasında: Belarus, CAR, Çin, Kuba, KXDR, Eritreya, Efiopiya, İran, Mali, Nikaraqua, Rusiya Federasiyası, Suriya və Zimbabve də var.























