image-rt-reklam
image-bez-nazvaniyabackend

BMT-nın İran “sevgisi”: Azərbaycanlılar, kürdlər, ərəblər necə terrora məruz qalır?

image-728x90

İran artıq iki gündür Türklər, Ərəblər və Kürdlər yaşıyan vilayətlərdə etirazçılara qarşı döyüş zonalarında belə qadağan olunmuş zəhərli qazdan istifadə edir.

Bu , mürəkkəb təsirli qıcıqlandırıcılar qrupuna aid xlorobenzalmalondinitril kimyəvi qazdır.
Qadağan olunmuş bu kimyəvi qazla havasızlıq, nəfəs yollarını yandırma, ürəkçatışmazlığı kimi fəsadlarla etirazçıları zəhərləyir və öldürür.

Ən ciddi fəsadlarından biri isə reproduktiv sistemin sıradan çıxarması təsiridir.

Yerli insan haqqları təşkilatlarının məlumatlara görə təhlükəsizlik qüvvələri etirazlarda ən çox qadın , xüsusi ilə uşaqları Azərbaycan Türkləri, ərəblər və kürdlərin yaşadığı bölgələrdə öldürürlər.

Etirazlar bütün İran boyu davam etsə də, reproduktiv sistemi sıradan çıxaran qadağan olunmuş kimyəvi qazın istifadəsi, öldürülənlərin , xüsusi ilə öldürülmüş qadın və uşaqların diğər millətlərin yaşadığı bölgələrdə olmasını nəzərə alsaq , demək , iran hakimiyyəti bu etirazları etnik qruplarla hesablaşmaq üçün yeni bir imkan kimi dəyərləndirir.

Bunun günahı isə İran hakimiyyəti ilə paralel , BMT İnsan Haqqları Şurası , BMT İnsan Haqqları komissarı və çoxmilyardlıq beynəlxalq insan haqları industriyasının riyakarlığındadır.

Yeganə Hacıyeva
politoloq

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90