image-rt-reklam
image-nmmjpg-1669389104backend

“Biz Rusiyadan o səviyyədə asılı dövlət deyilik”

image-728x90

Belarus Prezidenti Aleksandr Lukaşenko “Rusiya çökərsə, keçmiş SSRİ respublikaları onun qalıqları altında qalacaq” dedikdə, yəqin ki, hər şeydən əvvəl Belarusu, post-sovet ölkələri arasında öz dövlətini qura bilməyən, müstəqil siyasət apara bilməyən və iqtisadi cəhətdən suverenliyini təmin edə bilməyən bəzi ölkələri nəzərdə tutur. Düşünmürəm ki, Rusiya çökərsə, Azərbaycan onun qalıqları altında qalar. Azərbaycan artıq həm iqtisadi, həm təhlükəsizlik baxımından kifayət qədər öz-özünü təmin etmiş, eyni zamanda siyasi cəhətdən beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutmuş, oturuşmuş dövlətdir. Rusiya ilə iqtisadi əlaqələrdə müvəqqəti olaraq  müəyyən problemlər yaşana bilər. Lakin biz Rusiyadan o səviyyədə asılı dövlət deyilik”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, istər region ölkələri arasında, istər daha qlobal səviyyədə, türk dövlətləri timsalında, son dövrlər inteqrasiya yolunu tutmuş Türk Dövlətləri Təşkilatında, eyni zamanda Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın ətrafında kifayət qədər çox dostları var: “Bütün bunlar imkan verir ki, Azərbaycan həm təhlükəsizliyini, həm də iqtisadi baxımdan özü-özünü təmin etsin. Bu baxımdan Lukaşenkonun fikirləri ilə qəti şəkildə razı deyiləm. Sözün açığı, Rusiyanın yaxın zamanlarda çökəcəyini gözləmirəm. Doğrudur, Rusiya iqtisadi baxımdan çökdürülmək üzrədir, maliyyə cəhətdən xeyli itkilərlə qarşılaşıb. Beynəlxalq birlik, Qərb ölkələri tərəfindən tətbiq olunmuş çoxsaylı iqtisadi maliyyə sanksiyaları, şübhəsiz, Rusiyanın zəiflədilməsinə yönəlmiş addımlardır. Lakin Rusiyanın tamamilə çökdürüləcəyinə inanmıram. Çünki Rusiyanın tamamilə parçalanmasına qlobal güclər belə maraqlı deyillər. Daha ağlabatandır ki, ola bilsin, yaxın gələcəkdə Rusiyanın siyasi sistemində müəyyən dəyişikliklər baş versin. Bu da Rusiya-Ukrayna müharibəsinin nəticələrindən asılıdır. Yaxın zamanlarda beynəlxalq birlik tərəfindən Ukraynaya daha intensiv dəstək olarsa, hesab edirəm, müharibənin başa çatmasını gözləmək olar. Rusiyanın parçalanmasından yox, zəiflədilməsindən söhbət gedir və bu istiqamətdə çox ciddi iş aparılır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90