image-rt-reklam
image-fotojet-2022-11-17t194248-294backend

Bakı-Sumqayıt şossesində olay: Sürücü sərnişini niyə bıçaqladı? – TƏFƏRRÜAT/VİDEO

image-728x90

Bakıda “Toyota Prius” markalı avtomobilin sürücüsü yanında oturan şəxsi bıçaqlayıb.

Hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. 1998-ci il təvəllüdlü Vəliyev Əli Gündüz oğlu “Toyota” markalı avtomobildə sərnişin qismində əyləşərkən onu sürücü bıçaqlayıb.

Yaralı sol diz və sol kürək nahiyəsinin bıçaqlanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Artıq sürücünün sərnişinəxəsarət yetirməsinin təfərrüatı məlum olub. Belə ki, Ə.Vəliyevi bıçaqlayan onun qaynıdır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, hadisə qohumlar arasında şəxsi münasibətlər zəmnində baş verib.

“Hadisəni törədən şəxs məlumdur. Hazırda müvafiq ekspertiza işləri aparılır”, – deyə DİN-in məlumatında qeyd edilib.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90