SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş ordu generalı Mixail Moiseyev 84 yaşında dünyasını dəyişib.
Ulusal.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hərbi Rəislər Klubunun saytında məlumat yayılıb.
Qeyd edək ki, Moiseyev SSRİ ordusunun baş qərargah rəisi vəzifəsinə 1988-ci il dekabrın 14-də təyin olunub və 1991-ci ilin 22 avqustuna qədər bu vəzifədə çalışıb. Daha sonra müdafiə naziri təyin edilib.
General Mixail Moiseyev 1990-cı ilin 20 yanvarında Bakıda qətliam törədən əsas fiqurlardan biri olub.