Qarabağda separatçı rejimin daxilində Vardanyan-Arutyunyan qarşdurması yenidən başlayıb.
Bir neçə həftə öncə separatçıların “başçısı” Araik Arutyunyan qondarma “dövlət naziri” Ruben Vardanyanın istefasını tələb edirdi. Sonradan anlaşmanın əldə olunduğu xəbərləri yayııldı, lakin erməni mənbələr “soyuq müharibə”nin davam etdiyi, Laçın yolu ilə bağlı məsələdə fikir ayrılığının olduğunu yazır.
“Hraparak” nəşri yazır ki, Ruben Vardanyan son günlər Xankəndi ətrafında yaşayış məntəqlərindəki ermənilərlə görüşüb: “Bu görüş ermənilər arasında ziddiyyətli əhval-ruhiyə yaradıb. Vardanyan insanları sakitləşdirərək bildirib ki, Laçın yoluna görə yaranmış vəziyyət qar əriməyə başlayana – mart-aprel aylarına qədər davam edəcək, daha sonra su və işıq problemi olmayacaq. Erməni əhali soruşub ki, yeni hərbi toqquşma ola bilərmi? Vardanyan cavabında bunu istisna etməyib və bildirib ki, “döyüşmək lazımdır”. Bu açıqlamalar erməni əhalisi arasında təşviş yaradıb”.
Nəşr qeyd edir ki, Araik Arutyunyan Ruben Vardanyanın bu mövqeyinə qarşıdır.
“Bazar günü Araik əhali ilə qapalı görüşdə Rubenin mövqeyini tənqid edib və bildirib ki, hazırda Qarabağda Ermənistandan daha çox silah var, lakin müharibədən qaçmaq lazımdır. Arutyunyan “Bakı ilə təmaslar qurulmalıdır, əks halda bizim sonumuz olacaq” deyib”, – nəşr yazır.