Paris meri Ann Hidalqo separatçıların başçısı Araik Arutyunyanla telefon danışığı aparıb.
Söhbət Paris merinin təşəbbüsü ilə baş tutub.
Hidalqo baş separatçı ilə Laçın yolundakı durumdan danışıb.
Hidalqo separatçılara dəstəyini və onlarla həmrəyliyini ifadə edib və deyib ki, bu yöndə davamlı səylərini artıracaq.
Qeyd edək ki, Anna Hidalqo ötən ilin son günlərində Arutyunyanla Parisdə görüşmüşdü.