Azərbaycanda Türkiyəyə zərərçəkənlər üçün göndərilən yardımların yükləndiyi 117 yük maşınının hamısı bu gün zəlzələ bölgəsinə çatacaq.
Türkiyədəki zəlzələdə zərərçəkənlərə Azərbaycandan yardım göndərən kampaniyanın təşkilatçıları BBC Azərbaycancaya deyib ki, çatan yük maşınlarının 8-i Gəncədən yola salınıb.
Təşkilatçılarından biri Yusuf Kartal deyib ki, toplanan ianələr Adıyaman bölgəsində dövlət qurumlarının anbarlarına boşaldılır.
Azərbaycandan gedən yardımların hansı bölgələrə və nə qədər çatdırılmasını Türkiyə Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi – AFAD adlı qurumu koordinasiya edir.