image-rt-reklam
image-image_750x_636f4e183bfa6backend

Almaniyada ruslara işləyən cəsus həbs  EDİLDİ

image-728x90

Böyük Britaniyanın Berlindəki səfirliyinin keçmiş təhlükəsizlik zabiti 58 yaşlı David Ballantyne Smith-i 14 ilə qədər həbs gözləyir. Ulusal.az  “The Financial Times” istinadən xəbər verir ki, həmin şəxs Rusiyaya casusluq ittihamlarını qəbul edib.

Britaniya vətəndaşı səkkiz maddə üzrə təqsirli olduğunu etiraf edib. Cinayətlər 2020-ci ilin oktyabrından 2021-ci ilin avqustuna qədər törədilib.

Smit ötən il avqustun 10-da Almaniya polisi tərəfindən həbs edilib və apreldə Böyük Britaniyaya ekstradisiya edilmişdi.

Digər iddialar arasında Smitin Rusiyanın Berlindəki səfirliyinin hərbi attaşesi, general-mayor Sergey Çuxurovla əlaqə saxlamağa cəhd etdiyi, həmçinin bir sıra dövlət məmurları, ünvan və telefon nömrələri barədə məlumatların toplanması və ötürülməsi ilə məşğul olduğu bildirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90