image-rt-reklam
image-1670999710_photo_2022-12-14_10-09-22backend

Aksiyaçılardan TƏLƏB: Bu postda Azərbaycan əsgəri dursun  

image-728x90

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında keçirilən etiraz aksiyasına getdikcə daha çox insan qoşulur.

Ulusal.az xəbər verir ki, aksiyaya yeni qoşulanlar həmçinin, general-mayor Andrey Volkovun gəlişini tələb edir və ekoloji terrora son qoymağa çağıran şüarlar səsləndirirlər.

Azərbaycan təbii sərvətlərinin ermənilər tərəfindən talanına etiraz olaraq keçirilən aksiya artıq üçüncü gündür ki, davam edir.

Aksiya iştirakçıları yeni tələb irəli sürüblər.  Yeni tələb isə odur ki, Rusiya sülhməramlılarının postlarında Azərbaycanın aidiyyəti qurumlarının əməkdaşları da olsunlar və onlarla birgə xidmət aparsınlar.

Qeyd edək ki, Şuşa-Xankəndi yolu Rusiya sülhməramlıları tərəfindən bağlanıb.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu.

Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər.

Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90