image-rt-reklam
image-image_750x_63731f77b7bb5backend

ABŞ Azərbaycana hansı  zəmanəti vəd edir? – Detallar

image-728x90

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays son zamanlar İran və Azərbaycan arasında artan gərginliyə toxunaraq və İranın ritorikasının davam edəcəyi təqdirdə Vaşinqtonun Azərbaycanı müdafiə etməyə hazır olub-olmaması sualına cavab verərkən deyib: “Biz tərəfdaşlarımızı dəstəkləməyə davam edəcəyik və nəticədə İranın regionda və ola bilsin, ondan kənarda sabitliyi pozan təsirinə qarşı çıxacağıq”.

Ulusal.az xəbər verir ki, Azərbaycanla İran arasında münasibətlərdə müəyyən gərginlik var. İran Azərbaycan sərhədində hərbi təlimlər keçirir, buna cavab olaraq Azərbaycan da İran sərhədində hərbi təlimlər keçirir. Amma Azərbaycanla İran arasında birbaşa münaqişə və ya hərbi toqquşma yoxdur. Buna baxmayaraq, ABŞ İranı düşmən, Azərbaycanı isə müttəfiq hesab etdiyi üçün Azərbaycana dəstək verməyə hazırdır.

P.S. ABŞ İraqa, Suriyaya və Livana verdiyi zəmanət bizə lazım deyil. Çünki ABŞ-ın sülh vəd etdiyi ölkələr indi xarabazara çevrilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90