Türkiyənin ən qədim və turistik şəhərlərindən biri olan Sinopa yol alırıq. Tarixin istənilən dövrünə aid abidələri bu qədim şəhərdə tapmaq mümükündür. Sinop şəhərinin tarixi o qədər qədimlərə gedib çıxır ki, bu şəhər haqqqında müxtəlif xalqların rəvayətləri mövcuddur. Rəvayətlərə görə şəhərin adı mifologiyada pəri olan çay tanrısı Asoposun qızı Sinopedən götürülüb. Rəvayətə görə Sinopeyə aşiq olan Zevs ondan qorxan su pərisini cənnətə oxşayan Qara dənizin yamyaşıl sahillərinə buraxır. Elə həmin sahillər hazırda Sinop adlanır. Sinopla bağlı başqa birrəvayət isə şəhərin adının Amazon kraliçası Sinovadan gəlməsi ilə bağlıdır. Hətta mifologiyada yer alan bu gözəl şəhər həm də qədim mütəfəkkirlərdən Diogenin doğulduğu yer kimi də tanınır.
Misilsiz təbii gözəllikləri ilə görənləri özünə heyran edən Sinop əsrlər boyu liman şəhəri olub və Xet, Frigiya, Lidiya, Fars, Roma, Bizans, Səlcuqlu, Candaroğlu və Osmanlı kimi bir çox sivilizasiyaya ev sahibliyi edib. İlk məskunlaşma tarixi Tunc dövrü ilə başlayan şəhər, coğrafi mövqeyinə görə qədim zamanlardan ticarət mərkəzi olmuşdur. Qara dənizə hakim olmaq istəyən bütün tayfalar Sinopda məskunlaşaraq öz sivilizasiyalarının qalıqlarını qoyub gediblər. Şəhərin zəngin tarixinin izlərini hər yerdə görmək mümkündür.
Sinop qalası
Sinop Qalası M.Ö. öncə inşa olunması tarixi sənədlərdə öz əksini tapıb. Qala miladdan öncə 7-ci əsrdə inşa edilib. Roma, Vizantiya və Anadolu Səlcuqlu dövründə İsfəndiyaroğulları dövründə bu qala müdafiə qalası kimi istifadə edilib. Qalaının pilləkənləriylə birbaşa əlaqəli olan Sinop sahilinin və Sinopun yuxarıdakı panoramasını görə bilərsiniz.
Tarixi Sinop Cezaevi
Sinopda qədim tarixə malik bir həbsxana mövcuddur. Maraqlıdır ki, tarixçilər bu həbsxananı dünyanın ilk həbsxanası adlandırır. Həbsxana 3 tərəfi dənizlə əhatə olub içərisində olduğu üçün dünyanın ən qorxulu həbsxanası hesab edilir.
Həbsxanadan qaçmanın mümkün olmadığı , rəvayətlərə görə qaçmağa çalışan 2 adamdan birinin boğularaq öldüyü məlumdur. Daha maraqlı məqam isə bu gün bəzi serialların bu həbsxanada çəkilməsidir.
Həbsxana indi muzey kimi fəaliyyət göstərir.
Sinop Arxeologiya Muzeyi
Sinopda ziyarət yerlərinin siyahısı mərkəzində olan Arxeologiya Muzeyidir. Digər tərəfdən muzey 1970-ci ildə ziyarətçilər üçün açıldı və 2001-ci ildə bərpa edildi və 2006-cı ildə yenidən qapılarını açdı.
Erfelek Şəlaləsi
Erfelek Tatlıca Şelaleleri Sinopdan 30 km məsafədə yerləşir. Burada 28 kiçik şəlaləvar. Maraqlıdır ki, bu şəlalələr yalnız 1997-ci ildə aşkar edilib.
Hamsilos Kəndi
Sinopdan 11 km uzaqlıqda olan təbiət möcüzəsi bu kənd Türkiyənin tək fiyordu xüsusiyyətinə sahib və möhtəşəm bir mənzərəyə hakimdir.
Diogen Abidəsi
Daha maraqlı bir məqam isə məşhur filosof Diogenlə bağlıdır. Türkiyədə hesab edirlər ki, Diogen bu ərazidə yaşayıb.
İnaltı Mağarası
Türkiyənin ən qədim yaşayış məskənlərindən biri hesab edilən İnaltı Mağarası Sinopdan 40 km məsafədə yerləşir. Mağaraya giriş çətin relyefə malik yoll ilədir.
İnceburun Fənəri
Sinopun rəmzi sayılan İnceburun Fənəri Türkiyənin ən şimal nöqtəsidir. Dəniz səviyyəsindən 38 metr yüksəklikdə tikilən fənər, Qara dənizdə baş verən dalğalara meylli olan daşların üstündə yerləşir. 1863-cü ildə tikilmişdir və 12 m yüksəkdir. Şəhər mərkəzindən 20 km aralı olan Fənərə gəlmək üçün Hamsilosun yolunu Akliman təqib etmək lazımdır. Dəhşətli dalğalar süxurların davamlı şəkildə pozulduğundan, dalğalar qış aylarında qulağın hündürlüyü kimi yüksəkdir.
Yolunuz Sinopa düşsə, bu tarixi şəhəri ziyarət etməklə tarixin bütün çalarlarını və rənglərini görə biləsiniz. Dünya turizmində önəmli gəzinti şəhərlərindən biri olan Sinop sizə xoş bir duyğu yaşadacaq.
Qoşqar Salmanlı