Türkiyə hakimiyyəti Qərblə bütün əlaqələrini kəsməli, sonra BRİKS-ə qoşulmalıdır.
Ulusal.az xəbər verir ki, bu təklifi türkiyəli politoloq Serhat Lətifoğlu səsləndirib.
Onun fikrincə, ABŞ-ın atdığı hər addım Qərbi geri çəkir və nəticədə Qərb dünyası sürətlə çökür.
“Müstəqil Türkiyə onu Qərbə bağlayan son zəncirləri qırmalı və məzlum xalqlar üçün ədalətli iqtisadi sistem yaradan BRİKS-də yerini tutmalıdır”, – deyə analitik qeyd edib.
Lətifoğlu qeyd edib ki, Ağ Evə qayıtdıqdan sonra ABŞ prezidenti Donald Tramp gömrük rüsumlarının tətbiqini dayandırmayıb. Təhlilçi hesab edir ki, Trampı belə bir addım atmağa ABŞ-ın böyük büdcə kəsiri və xarici kapitalın ölkəyə investisiya yatırmaq istəməməsi sövq edir.
Yeri gəlmişkən, bir müddət əvvəl Türkiyənin ticarət naziri Ömər Bolat bildirmişdi ki, Ankara BRİKS-in tərəfdaş ölkəsi olmaq təklifi alıb.