Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski həbsxanadakı saxlanma şəraitindən narazıdır.
Ulusal.az xəbər verir ki, bu barədə URA nəşri regional ictimai monitorinq komissiyasının sədri Vladimir Popova istinadən məlumat yayıb.
Yekaterinburqdakı 1 saylı istintaq təcridxanasında təkadamlıq kamerada saxlanılan Şıxlinski, kamera yoldaşının yanına keçirilməsini istəyib.
Nəşrin məlumatına görə, diaspor rəhbəri Popova müraciət edərək, “toyuq hini boyda” kamerada saxlanıldığını bildirib. O qeyd edib ki, kamera təmir edilsə də, onun üçün son dərəcə kiçikdir.
Şahin Şıxlinski səhhətində problemlər yarandığını, təcili tibbi yardıma ehtiyacı ola biləcəyini və bu halda həkim çağırmaq üçün yanında kamera yoldaşının olmasının vacibliyini qeyd edib.