Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, ölkənin xüsusi xidmət orqanları İranın Sidneydə restorana və Melburnda sinaqoqa edilən hücumlarla əlaqəsini müəyyən edib.
Ulusal.az xəbər verir ki, Baş nazirin sözlərinə görə, əldə olunan kəşfiyyat məlumatları kifayət qədər inandırıcıdır və nəticə olduqca narahatedicidir:
“Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı etibarlı məlumatlar toplayaraq belə qənaətə gəlib ki, İran hökuməti ən azı iki hücumu birbaşa koordinasiya edib. Tehran öz iştirakını gizlətməyə çalışsa da, qurum bu hücumların arxasında məhz İranın dayandığı nəticəsinə gəlib”, – deyə Albanese vurğulayıb.
Bu səbəbdən Avstraliya hökuməti İranın səfirini ölkədən çıxarmaq barədə qərar qəbul edib.Musavat.com