Litva parlamenti İnqa Rugineneni ölkənin baş naziri vəzifəsinə təsdiq edib.
Ulusal.az xəbər verir ki, bu barədə Litva Radio və Televiziya (LRT) portalı məlumat yayıb.
LRT yayımı zamanı iclasın moderatoru bildirib ki, “Ruginienenin təsdiq edilməsi haqqında qətnamə qəbul edilib”. O qeyd edib ki, səsvermə açıq keçirilib.
Sosial Demokrat Partiyasının 44 yaşlı nümayəndəsinin namizədliyini 127 deputatdan 78-i dəstəkləyib. Onlardan 35-i əleyhinə, 14-ü bitərəf qalıb.
Ruginene 1981-ci ildə Trakayda anadan olub, Vilnüs Universitetinin Tibb fakültəsini bitirib və Kaunas Meşəçilik və Ətraf Mühit Mühəndisliyi Kollecində magistr dərəcəsi alıb.
2018-ci ildən Litva Həmkarlar İttifaqları Konfederasiyasına rəhbərlik edib, 2024-cü ilin dekabrından isə sosial təminat və əmək naziri vəzifəsini tutub.
Bundan əvvəlki baş nazir korrupsiya qalmaqalından sonra iyulun sonunda istefa vermiş Gintautas Palukas idi.