Azərbaycanlı müğənni Sevda Əlizadənin İravanda verəcəyi konserti ləğv edilib. Ulusal.az xəbər verir ki, bu barədə konsertin keçiriləcəyi “Coca-Cola Fest”in təşkilatçıları məlumat yayıb.
“Bildiririk ki, Sevdaliza İrəvanda çıxış etməyəcək. İstəyənlər alınan biletləri geri qaytara bilərlər”, – açıqlamada qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Sevdalizanın İrəvanda konsert verəcəyi xəbəri etirazla qarşılanıb.
İddia olunub ki, onun yaradıcılığında nümayişkəranə şəkildə anti-xristian motivlərə yer verilir. Etirazlara məşhur erməni bloqerlər də qoşulub.
Nəticədə təşkilatçılar konserti ləğv etmək məcburiyyətində qalıblar.
Sevdaliza (Sevda Əlizadə) – iranlı-hollandiyalı müğənni, bəstəkar və prodüserdir. O, 1987-ci il sentyabrın 1-də Tehranda azərbaycanlı ailəsində anadan olub. 5 yaşında ailəsi ilə birlikdə Niderlanda köçüb.