image-rt-reklam
image-1backend

Orta məktəblərdə rus sektoru həyəcanı: “Müəllimlər şagird toplamaqda çətinlik çəkir”

image-728x90

Bakının orta məktəblərində rus sektoru üzrə şagird çatışmazlığı yaranıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, rus bölməsi üzrə dərs deyən bəzi müəllimlər şagird cəlb etmək üçün valideyn komitələri vasitəsilə vatsap qruplarına müraciətlər edirlər.

Onlar tanışlarından və yaxınlarından övladlarını rus bölməsinə yönəltmələrini xahiş edirlər, çünki siniflərdə xeyli boş yerlər var. Qeyd olunur ki, bu vəziyyətin səbəbi son dövrlərdə Rusiya ilə Azərbaycan arasında yaranan siyasi gərginlikdir. Valideynlər isə narahatdırlar ki, gələcəkdə rus bölmələri bağlana bilər və onların övladlarının təhsili yarımçıq qala bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90