image-rt-reklam
image-1backend

ABŞ bayrağını yandıranlar cəzalandırılacaq – SƏRƏNCAM

image-728x90

Prezident Donald Tramp Amerika bayrağının yandırılması hallarının araşdırılması və bu hadisədə iştirak edənlərin məsuliyyətə cəlb edilməsini nəzərdə tutan sərəncam imzalayıb.

Ulusal.az  Ağ Evin dərc etdiyi sənədə əsasən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi “Amerika bayrağını təhqir edən aktlarla əlaqədar ölkənin cinayət və mülki qanunlarının mümkün qədər tam şəkildə tətbiqinə üstünlük verməlidir”. Söhbət bu cür hərəkətlərin söz azadlığına aidiyyatı olmayan və qanunları pozduğu hallardan gedir.

Sərəncam ABŞ hakimiyyətinə bayrağın yandırılmasının hər hansı qanunları pozub-pozmadığını, məsələn, “zorakılıq və iğtişaş doğurub-doğurmadığını” yoxlamağı tapşırır. Sənəddə deyilir: “Amerika bayrağının yandırılması həm də xarici vətəndaş qrupları tərəfindən amerikalıları qorxutmaq və onları milli mənsubiyyətinə və doğulduğu yerə görə zorakılıqla hədələmək üçün məqsədyönlü addım kimi istifadə olunur”. Sənədə əsasən, ABŞ hakimiyyəti bayrağın yandırılmasında iştirak edən şəxsləri ABŞ-dan deportasiya edə, həmçinin onlara viza məhdudiyyətləri tətbiq edə bilər.

Tramp sərəncamı imzalayarkən deyib: “Bayrağı yandırsanız, bir il həbsə baxırsınız. Nə şərti azad olunsun, nə də heç bir şey. Bayrağın yandırılmasının dərhal dayanacağını görəcəksiniz”.

ABŞ-ın ədliyyə naziri Pem Bondi əmrin ABŞ Konstitusiyasına 1-ci düzəlişi pozmadan yerinə yetiriləcəyini vurğulayıb.

ABŞ Ali Məhkəməsinin 1989-cu il qərarına əsasən, Amerika bayrağının yandırılması qanuni etiraz ifadəsi sayıla bilər. Məhkəmə müəyyən edib ki, söz azadlığını təmin edən ABŞ Konstitusiyasına 1-ci düzəlişlə bu cür hərəkətlərə icazə verilir.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90