image-rt-reklam
image-885323_srcbackend

Trampdan şok qərar: Ukraynaya   sanksiyalar tətbiq edir

image-728x90

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir sıra yeni açıqlamalar verib. Xüsusilə, o, təkcə Rusiyaya deyil, Ukraynaya qarşı da sanksiyaların və rüsumların tətbiqinin mümkünlüyündən danışıb.

Ulusal.az xəbər verir ki, jurnalistlərlə söhbəti zamanı o, “Zelenski də tamamilə günahsız deyil. Tanqoya iki nəfər lazımdır” deyən o, hazırda Ukrayna prezidenti ilə yaxşı münasibətdə olduğunu bildirib.

Amerika liderinin sözlərinə görə, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirməyə çalışacaq.

“Hər ikisini eyni anda bir araya gətirməliyəm. Amma bunun bitməsini istəyirəm. Bizim iqtisadi sanksiyalarımız var. İqtisadi sanksiyaları deyirəm, çünki biz dünya müharibəsinə girməyəcəyik”, – Tramp vurğulayıb.

ABŞ prezidenti Rusiyanın Ukraynaya qarşı müharibəsini “çox tez” həll edəcəyinə ümid edir: “Son nəticə yoxdur, amma ümid edirəm ki, Qəzza ilə, eləcə də Ukrayna və Rusiya ilə bağlı problemləri çox tez həll edəcəyik”.

Eyni zamanda Tramp bildirib ki, ABŞ Ukraynaya hərbi yardım göstərən NATO müttəfiqlərinə silah tədarükünü artıracaq.

Eyni zamanda jurnalist Rusiyanın Putinin Zelenski ilə müqaviləni qanunsuz hesab etdiyi üçün imzalamayacağını deməsinə aydınlıq gətirəndə Amerika lideri deyib: “Nə dediklərinin əhəmiyyəti yoxdur. Bütün bunlar cəfəngiyyatdır. Hamı söz demək üçün sadəcə efirə çıxır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90