Xəbər veridyimiz kimi dünən Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.
Ulusal.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yaymışdır.
Bildirilib ki, 25.08.2025-ci il tarixindən saat 10:15-dən etibarən qaz təchizatı dayandırılıb.
Hazırda təmir-bərpa işləri aparılırb Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Qeyd edək ki, məsələ ilə bağlı əməkdaşımızın Binəqədi şosesində tikinti aparan təşkilatdan heç çür açıqlama almaq mümkün olmayıb. Belə ki, tikinti işlərini həyata keçirən şəxs avtomobil ilə ərazidən uzaqlaşıb.
Əməkdşımızın müşahidələrinə əsasən bidirir ki, həmin ərazdə tikinti normativ və təhlükəsiz qaydalarına riayət olunmadığı aşkar olunub.
Aidiyyatı qrumların fikirlərini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik.