Bu fotolardan biri 2015-ci ildə Türkiyədə, digəri isə bu gün – dekabrın 14-də Türkmənistanda çəkilib.
Aradan ötən 7 ildə bu fotoda gördüyünüz 4 şəxslə bağlı bağlı çox önəmli hadisələr baş verib: prezident Əliyev artıq 44 günlük Qarabağ savaşını qalibiyyətlə bitirən komandan statusundadır; 2015-ci ildə şahzadə olan III Çarlz artıq 2022-ci ilin sentyabrından Britaniyanın yeni Kralıdır; 2016-cı ildə amerikalıların devirməyə çalışdıqları Ərdoğan indi Rusiya-Qərb münasibətlərini tənzimləyə bilən əsas siyasi fiqurdur və 2023-cü ildə yenidən prezident seçilməyə hazırlaşır; ata Berdıməhəmmədovun postundasa hələ çox gənc oğulu Berdıməhəmmədov əyləşsə də, qərarların qəbulunda söz sahibi, “kölgədəki lider” özüdür…
Bir də ortada 4 ölkəni bir-birinə sıx bağlayacaq dəyişməyən bir strategiya, hər il irəliləyən plan var: Türkmənistanın zəngin enerji ehtiyatlarını Azərbaycan üzərindən Türkiyəyə, oradan da Avropaya çatdırmaq!
Gələcəkdə bu marşrut həm də Çinin “Bir Kəmər – Bir Yol” layihəsinin ana xəttini təşkil edəcək.
Üstəlik, Rusiya da öz enerji ehtiyatlarını getdikcə daha sıx münasibətlər qurduğu Türkiyə üzərindən Avropa bazarına çıxarmaqda maraqlıdır və Ukrayna böhranı onu Türkiyə-Azərbaycan ittifaqıyla daha da yaxınlaşdıracaq.
Bu, o deməkdir ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, “Zəngəzur dəhlizi” tezliklə açılacaq. Müqavimətdə israr onların başının yenidən əzilməsiylə nəticələnər!
Elxan Şükürlü