Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə Yerasx-Ordubad-Meğri-Horadiz (Arazdəyən-Ordubad-Meğri-Füzuli) dəmir yolunun yenidən açılması məsələsi müzakirə olunub.
Ulusal.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 7-d Milli Assambleyada hökumətlə sual-cavab iclasında bildirib.
“Təəssüf ki, konkret nəticələrimiz olduğunu deyə bilmərəm, lakin bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Respublikası bu layihənin həyata keçirilməsinə hazırdır və maraqlıdır. Biz dəmir yolunun bərpasına başlamağa hazırıq”, – Baş nazir açıqlayıb. unikal