image-2000x150
image-2-3backend

Vardanyan  müharibə istəyir: “Hərbi yolla mübarizə aparmalıyıq”

image-728x90

Qarabağda peyda olan və qısa müddətdə “dövlət naziri” statusuna yiyələnən erməni milyarder Ruben Vardanyan dünən Əsgəran şəhərinə gedib. Ulusal.az xəbər verir ki, sözügedən şəxs orada bir qrup erməni ilə görüşüb və onlara təsəlli verib.

Oradakı çıxışında Vardanyan deyib ki, Qarabağda sülhün əldə olunması üçün bölgədə yaşayan ermənilərin birləşməsi və zərbəni bir nöqtəyə vurması lazımdır. “Heç bir müqavilə bu məsələni həll edə bilməz. Biz güclü olmalıyıq, birləşməliyik ki, məsələni bizim üçün qəbuledilməz şəkildə həll edə bilməsinlər. Biz bütün istiqamətlərdə mübarizəmizi davam etdirməliyik: diplomatik, hərbi, siyasi, informasiya. Biz ayıq olmalıyıq”.

Erməni milyarder Laçın dəhlizinin müvəqqəti bağlanmasına da toxunub. O deyib ki, bu prosesə hazır olmalıdırlar. “Biz buna qarşı hər vasitə ilə mübarizə aparmalıyıq. Bu reallıq həm problemlərin diaqnostikasında, həm qərarların qəbulunda, həm də ümumi iş üsullarında bizdən tamamilə fərqli yanaşmalar tələb edir”.

P.S. Vardanyan elə bilir ki, Qarabağ da onun üçün Moskvadakı kimi, çirkli pulların rahatlıqla yuyulması yeridir. Onun ağlı Rusiyadakı 5-10 imkanlı milyonçuya gedib. Elə zənn edir ki, “dövlət naziri” olmaqla Qarabağda nəsə edə biləcək. Hələ özündə cəsarət tapıb, “hərbi müqavimət”dən də danışır. Nə ilə Azərbaycan Ordusunun qabağına çıxıacaqlar? 10-15 min nəfərlə nə qələt edə biləcəklər? Bu adamların məqsədi Qarabağda erməniləri qırğına verməkdir. Sonra dayalançı bir tarix uydurub, yeni “soyqırım” nağılları danışmaqdır.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90