image-rt-reklam
image-imagesbackend

Rusiyanın Qarabağda gömrük oyunu: Volkov niyə yalan danışır?

image-728x90

Bu gün Azərbaycan mətbuatında Rusiyanın Qarabağda sülhməramlı kontingentinin rəhbəri Andrey Volkovun müsahibəsi yayımlandı. Ulusal.az xəbər verir ki, müsahibədə Volkov Azərbaycanın Laçın dəhlizində mini gömrük keçid məntəqəsi quraşdıracagını bildirib. Lakin Volkovun bu açıqlaması Rusiyanın yeni oyunu olduğunu bir daha sübut edir. Politoloq Elxan Şahinoglu saytımıza açıqlamasında bildirib ki, Rusiya Qarabağda yeni oyuna hazırlaşır.

“Erməni separatçıları anlayırlar ki, Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan sərhədçilərinin nəzarət postu yerləşdirəcəyi zaman məsələsidir. Onlar Rusiya hərbi kontingentinə yalvarırlar ki, bu baş verməsin. Separatçılar bu gün Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbəri Andrey Volkovdan izah istəyiblər. O da and-aman edib ki, guya onun sözləri yanlış anlaşılıb, yolda azərbaycanlıların nəzarət postu olmayacaq, sadəcə texniki avadanlıqlar quraşdırılacaq. Bu Volkov nala-mıxa vurur, onun yolda azərbaycanlı jurnalistlərin suallarına verdiyi cavablar sadəcə bizi sakitləşdirmək və diqqəti yayındırmaq məqsədi daşıyırdı. Bu məsələlərin Volkova aiddiyyatı yoxdur, problemlərin həlli yüksək səviyyədə həll olunmalıdır.”- deyə Elxan Şahinoglu bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90