image-rt-reklam
image-222backend

“Rusiya sülhməramlıları Qarabağdan çıxarılacaq”- Hərbi ekspert detalları açıqladı  

image-728x90

“Qarabağ bizim torpağımızdır”.

Ulusal.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Şuşa şəhərində Zəfər Günü münasibətilə keçirilən tədbirdə deyib.

Dövlət başçısı qeyd edib ki, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər. 

İlham Əliyev həmçinin vurğulayıb ki, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir.

Hərbi ekspert Ədalət Verdiyev saytımıza açıqlamasında bildirib ki, Prezident İlham Əliyev bu günkü çıxışı ilə son nöqtəni qoyub.image-bez-nazvaniya-2

“Prezidentimiz bu günkü çıxışı ilə son günlər ümidlənən erməniləri məyus etdi. İlham Əliyev bir daha bəyan etdi ki, sülhməramlılar 2025-ci ildə üçtərəfli bəyanatda göstərilən kimi missiyasını başa vuracaq. Reallıq bir çox məsələləri ortaya qoyur. Keçən iki il ərzində sülhməramlılarin fəaliyyətlərində kifayət qədər ermənipərəst mövqe ortaya qoyduqlarının şahidi olduq. Bunu Xankəndində təşkil edilən mitinq zamanı da şahidi olduq. Həmçinin erməni silahlılarının həmin ərazidən çıxarılmaması,son zamanlar isə Laçın dəhlizi vasitəsilə silah-sursatın, minaların məhz sülhməramlılar vasitəsilə daşınması onu deməyə əsas verir ki, sülhməramlılara olan inam limitini artıq tükənib. Buna görə də hesab edirəm ki, sülməramlı kontingentin ikinci müddətdə Qarabağda qalması real görünmür”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90