image-rt-reklam
image-pasinyan_2-780x470backend

Nikol Paşinyan: “Biz Azərbaycanın istədiyi dəhlizi açmayacağıq”  

image-728x90

Şuşa-Xankəndi yolunda keçirilən aksiya səbəbindən Laçın dəhlizinin bağlanması ilə əlaqədar Ermənistan hökuməti iclas keçirib. Ulusal.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən iclasda, ənənəvi olaraq Azərbaycan “ittiham” edilib.

Paşinyan çıxışında onlara dost olan ölkələrin münasibətlərindən təəccübləndiyini bildirib. O deyib ki, Azərbaycanın Laçın dəhlizini bağlaması ilə bağlı bir sıra “dost ölkələr”in susması ən azı qəribədir.

Eyni zamanda o, baş verənlərə qiymət verən ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edib.

Onun fikrincə, Azərbaycanın “öz yazılı öhdəliklərini xroniki şəkildə pozması”na lazımi beynəlxalq qiymət verilməlidir. Paşinyan hesab edir ki, diplomatik xidmət, bütün idarələrin xarici əlaqələr şöbələri, parlament diplomatiyası, iqtidar, müxalifət, ictimai təşkilatlar, diaspor nümayəndələri, xarici əlaqələri olan fiziki və hüquqi şəxslər, sosial şəbəkələrin istifadəçiləri bu işdə əllərindən gələni etməlidirlər. “Azərbaycanın üçtərəfli qaydanı pozması onu göstərir ki, Qarabağı soyqırıma məruz qoymaq və ya erməniləri qovmaq məqsədi daşıyır. Azərbaycan “ermənisiz Qarabağ” siyasətini həyata keçirməkdə davam edir. Biz hər şeyi etməliyik ki, bu siyasət lazımi beynəlxalq qiymət alsın”.

Ermənistanın baş naziri dünən parlamentin qəbul etdiyi bəyanatı da tam dəstəklədiyini deyib. “İndiki vəziyyətdə Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizmlərin işə salınması son dərəcə zəruridir. Milli Assambleya həmçinin BMT Təhlükəsizlik Şurasını, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərini humanitar vəziyyətə nəzarət etmək üçün Qarabağa faktaraşdırıcı missiya göndərməyə çağırıb. Diplomatik xidmətimizə – Xarici İşlər Nazirliyinə tapşırıram ki, Ermənistan Respublikasının ali qanunverici orqanının bu mesajını effektiv şəkildə ünvançılara çatdırsın”.

Paşinyan iddia edib ki, guya, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini daim və kobud şəkildə pozaraq, Ermənistanın dəhliz verməli olduğunu tələb edir. Onun sözlərinə görə, üçtərəfli bəyanatda Ermənistan ərazisindən hər hansı dəhliz nəzərdə tutulmur. “Ermənistan Respublikasının imzaladığı heç bir sənəddə bu nəzərdə tutulmayıb. Ermənistanın sözlə kiməsə belə vəd verməsi ilə bağlı iddialar təbii ki, absurd və nadanlıqdır. Əvvəllər olduğu kimi, indi də Ermənistan üçtərəfli bəyanatın 9-cu bəndinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin blokunun açılması ilə bağlı müddəalarını həyata keçirməyə hazırdır. Lakin üçtərəfli bəyanatda bu prosesdə Ermənistanın suverenliyinə hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Ona görə də Ermənistan respublikanın qanunvericiliyində nəzərdə tutulmuş yolları açmağa, yeni yollar çəkməyə hər an hazırdır”.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90