image-rt-reklam
image-nesib-11backend

“Mollalar daha irəli gedərək, burunlarını Qarabağa soxmağa başlayıblar” — Deputat

image-728x90

“Qarabağ ərazisinə 14 nəfər xarici ölkə vətəndaşlarının keçidi Rusiya sülhməramlılarının öz vəzifələrini mandatlarına uyğun yerinə yetirməmələrinin növbəti sübutudur. Əfsuslar olsun ki, əvvəllər də müxtəlif ölkələrdən gələn təxribatçı qrupların, Azərbaycan əleyhinə daim təbliğat aparan deputatların, siyasətçilərin, hərbçilərin buraxılması baş vermişdir. Bu dəfə isə, İran cəsuslarının buraxılması, ölkəmizə qarşı planlaşdırılmış ciddi təxribatlardan gedir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili qeyd edib ki, molla rejiminin bölgədə sülhnm əldə olunmasına əsas maneələrdən biri olduğu, tam çılpaqlığı ilə üzə çıxdı.

“İran Azərbaycanın müharibədəki qələbəsini qəbul edə bilmir. Bütün mümkün vasitələrdən istifadə etməklə, Zəngəzur dəhlizinin açılmasını, Türkiyə ilə quru yolla əlaqələrin bərpasına qarşı çıxır. Ermənistan ordusunun bərpasında iştirak edir, hər tərəfli dəstək verir. Son hadisələr göstərir ki, Ermənistanla kifayətlənməyən mollalar daha irəli gedərək, burunlarını Qarabağa soxmağa başlayıblar.
Rusiyanın məqsədi isə, Qarabağda mövcudluqlarını qoruyub saxlamaqdan ibarətdir. Başa düşürlər ki, 5 ilin tamamında ərazini tərk etməlidirlər”.

“Daimi qalmaq üçün, münasib şərtlər formalaşdırmağa çalışırlar. Biz, dövlət və xalq olaraq, istənilən sürprizlərə hazır olmalıyıq.
İndiki halda, hər bir qanun pozuntusu ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun cinayət işi açılmalı, hüquqi müstəvidə sülhməramlılardan onların istintaqa cəlb olunması tələb edilməlidir. Müsbət cavab alınmadıqda, onların mandatlarlarının uzadılması məsələsinə baxılmalıdır. Ən əsası, Laçın dəhlizinə nəzarəti ələ keçirməliyik”- deyə deputat qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90