image-2000x150
image-333backend

“Laçın dəhlizində nəzarət buraxılış məntəqəsinin qurulması Qarabağın sonu deməkdir”

image-728x90

Münhendə keçirilən Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevin Laçın və Zəngəzur dəhlizləri haqqında səsləndirdiyi fikirlər Ermənistanda geniş müzakirə mövzusudur. Ulusal.az xəbər verir ki, İlham Əliyev çıxışında bəyan edib ki, Ermənistanla Qarabağı birləşdirən marşrutun və Sünikdən Naxçıvana gedən yolun eyni rejimdə işləməli olması yanaşmasını qəbul edir. Və əlavə edir ki, həmin hissələrdə nəzarət-buraxılış məntəqələri yerləşdirilməlidir.

Ermənistan rəsmilərinin bununla bağlı hər hansı əks fikirləri diqqəti çəkmir. Çünki Ermənistan üzərinə götürdüyü öhdəlikdə bildirib ki, nəzarət-buraxılış məntəqələri quraşdırmaqla Naxçıvan yolunu aça bilərlər. Hətta bununla bağlı 4 marşrut da təqdim ediblər.

Lakin Ermənistanın siyasi cameəsi Əliyevin bu fikirlərini təhlükəli hesab edirlər. Bu ölkənin parlamentində təmsil olunan deputat Tiqran Abramyan bildirir ki, İrəvanın bu şərtə razılaşması, Qarabağla əlaqənin kəsilməsi deməkdir. “Daha sadə desək, Əliyev deyir ki, əgər Ermənistan Zəngəzur dəhlizinin verilməsinin əleyhinədirsə, o zaman Ermənistanı Qarabağla birləşdirən marşrut da dəhliz statusundan məhrum edilməlidir. Bu, o deməkdir ki, Ermənistandan Qarabağa daxil olanda Azərbaycan keçid məntəqələri vasitəsilə – təhlükəsizlik, o cümlədən gömrük və digər prosedurlardan keçməli olacağıq”.

Abramyan hesab edir ki, Azərbaycan əvvəldən dəhliz mövzusunu “kompromis” kimi istifadə etmək və onun əsas məqsədlərindən birinə – Ermənistanı Qarabağla birləşdirən yolda keçid məntəqəsinin quraşdırılmasına nail olmaq üçün prioritet gündəm kimi irəli sürüb. “Ermənistan və Qarabağ arasında Azərbaycan keçid məntəqəsinin yaradılması isə Qarabağ məsələsinin (daha doğrusu, separatçı rejimin-red.) sonu olacaq”.jamaz

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90