Koronavirus infeksiyasının (COVID-19) növbəti dalğasının yayılması ilə əlaqədar Pekində parklar, ticarət mərkəzləri və muzeylər bağlanıb. Bu barədə Reuters xəbər yayıb.
Paytaxt Pekində 1438 yeni yoluxma halı qeydə alınıb, həftəsonu virusa yoluxanların sayı 962 nəfər olub. Yeri gəlmişkən, həftəsonu yarımillik fasilədən sonra ölkədə ilk dəfə ölüm halları qeydə alınıb.
Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar vətəndaşlardan evdə qalmağa və testləri davam etdirməyə çağırılıb.