image-2000x150
image-5555backend

Brüssel Azərbaycanın şərtlərini qəbul etdi

image-728x90

Vaşinqton görüşündən sonra ermənilərin Zod istiqamətində törətdiyi növbəti təxribat Brüssel görüşünün ertələnməsi kimi fikirlərin meydana gəlməsinə səbəb olsa da, lakin söylənilənlərin əksinə olaraq Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşü baş tutdu. Görüşdən sonra Şarl Mişel tərəfindən verilən açıqlamalar onu deməyə əsas verir ki, hər zamanki kimi Brüssel görüşü də Azərbaycan üçün uğurlu olub.

Ulusal.az-ın xəbərinə görə, siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev deyib ki, Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən növbəti görüşün yekunu Azərbaycanın qətiyyətli üzərində dayandığı sülh sazişi paketinin faktiki olaraq qəbul olunması deməkdir. Onun sözlərinə görə, ilk növbədə onu vurğulamaq lazımdır ki, üçtərəfli görüşdə Cənab İlham Əliyevin diqtəedən tərəf və dominant söz sahibi olduğu aydın nəzərə çarpırdı:

“Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı indiyə qədər nümayiş etdirdiyi tərəddütlərə son qoyuldu və İrəvan Qarabağın Azərbaycanın ərazisi kimi tanıdığını rəsmən qəbul etdiyini beynəlxalq tribunadan bəyan etdi. Çünki İrəvan sülh danışıqlarında ikibaşlı mövqe sərgiləyərək Azərbaycanın ərazi bütövlüyündən danışılanda 86.6 min.kvadrat kilometrlik sözünü dilinə gətirmir, guya ki, Azərbaycanın ərazisini “Qarabağsız” tanıdığını demək istəyirdi. Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğısıcında Sərhəd-nəzarət postlarını qurduqdan və Qarabağa gedib-gələn ermənilərin yoxlanmasını həyata keçirməsindən sonra Paşinyan Azərbaycan dövlətinin qayda-qanunlarına əməl etməyin yeganə yol anladığını başa düşdü”.

Vaqif Abdullayev deyib ki, Paşinyan Brüsseldə Cənab İlham Əliyev qarşısında “Ermənistan Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqlikliyini təsdiq edir” fikri ilə Qarabağla bağlı iddialarının üstündən birdəfəlik xətt çəkmiş oldu:

“İrəvan bu gürçəkliyi qəbul etməklə Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları kimi Azərbaycan Konstitusiyasının tələblərinə riayət etmələrini də qəbul etmiş olur. Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi və digər təminatları da Bakının yurisdiksiyasında olduğundan İrəvan artıq bu işlərə qarışa bilməz. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də Azərbaycanın ərazi bütövlüyünə hörmətini rəsmən bəyan etməklə, Ermənistanı müdafiə edən qüvvələri bölgədə sülh əleyhinə fəaliyyətləri dayandırmaq mesajını verdi. Ş.Mişelin “Alma-Ata Bəyannaməsi”nə uyğun sərhədlərin delimitasiyasının yekunlaşdırılması barədə fikirləri Azərbaycanın 2 ildir ki, qətiyyətlə masaya qoyduğu şərtlərin etirafıdır”.

Vaqif Abdullayev sonda onu da bildirib ki, Brüssel danışıqlarında Cənab İlham Əliyevin şərtlər paketində yer alan nəqliyyat-kommunikasiya marşrutlarının yaradılması, Zəngzur dəhlizinin açılması məsələsii də konkretləşdi. Şarl Mişelin “nəqliyyat dəhlziləri məsələsində tərəflərin irəliləyişə nail olublar” bəyanatı Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair ümumi razılaşmanın əldə edildiyinə işarədir:

“Beləliklə, Brüsseldə başa çatan növbəti Üçtərəfli görüşün nəticəsinə əsasən, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün möhkəm zəmin yaranır. Yekun sənəd isə Azərbaycanın irəli sürdüyü sülh layihəsi planına əsaslanır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90