image-rt-reklam
image-1backend

Sabah Bakıda hərbi yürüşlər keçiriləcək – Bu istiqamətlərdə

image-728x90

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə sabah Bakıda hərbi orkestrlərin iştirakı ilə yürüşlər keçiriləcək.

Ulusal.az xəbər verir ki, yürüşlər paytaxtın mərkəzi küçə və prospektlərində 3 istiqamət üzrə saat 10-12:00 aralığında təşkil olunacaq.

1-ci yürüş Şəhidlər xiyabanı – “Alov Qüllələri” Kompleksindən metronun “İçərişəhər” stansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəlinin qarşısına qədər davam edəcək.

2-ci yürüş Q.Musabəyov parkından Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanına qədər davam edəcək.

3-cü yürüş “Olimpik Star” İdman və Əyləncə Mərkəzindən Səməd Vurğun küçəsi – Zabitlər parkı, Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospektinədək davam edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90