image-rt-reklam
image-1backend

“Ermənilər Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətinə son qoymalıdırlar, əks halda…” –Politoloq

image-728x90

“Azərbaycan Ermənistana növbəti humanitar jest edib. Bu dəfə buğda yüklü qatarlara öz ərazisindən tranzit keçid imkanı verilib.”

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq Arzuman Muradlı Ulusal.az-a açıqlamasında bildirib ki, bu addım Bakı tərəfindən İrəvana göstərilən daha bir şans kimi dəyərləndirilə bilər.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə Ermənistan cəmiyyətinin xilası üçün yalnız bir real yol görünür: baş verənlərdən düzgün nəticə çıxarmaq və regionda əsas qonşular olan Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətinə son qoymaq.

” 35-37 illik qarşıdurma dövrü artıq tam şəkildə göstərdi: nə Rusiya, nə də uzaq Fransa və Avropa Ermənistanı yaxşı gələcəyə çıxarmaqda maraqlı deyil və buna imkanları da yoxdur. “Daha nə baş verməlidir ki, erməni cəmiyyəti bunu anlasın?” – Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib  ki, qarşıdan gələn parlament seçkiləri və referendum Ermənistanda tarixi dönüm nöqtəsi ola bilər.

“Buna görə də erməni seçicilər avantüristlərin, revanşist qüvvələrin və Rusiyadan yönləndirilən siyasi qrupların çağırışlarına aldanmamalıdır. Əks halda Ermənistan sonuncu tarixi fürsəti də itirə bilər və bunun nəticələri son dərəcə ağır olacaq. Ermənistan cəmiyyəti Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesinə dəstək verməli, Paşinyan hökumətini bu istiqamətdə tək buraxmamalıdır. Əks təqdirdə, ölkə yenidən geosiyasi təzyiq və qeyri-sabitlik girdabına düşə bilər.” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90