“Metbuat.az” xəbər portalı olaraq bəyan edirik ki, sözügedən məlumatın hazırlanmasında və saytda yerləşdirilməsində heç bir mənfi niyyətimiz olmayıb. AzTV-nin və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaqdan uzağıq. Hazırladığımız xəbərin manipulyasiya edilməsinin, AzTV-yə qarşı aparılan qərəzli kampaniyaya alət edilməsinin qarşısını almaq üçün onu “Metbuat.az”ın səhifəsindən sildik.
Apardığımız araşdırma zamanı məlumat təsdiqini tapmadığı üçün xəbəri təkzib edirik. Bu vacib məqamı oxucularımızla bölüşməklə yanaşı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə üzrxahlığımızı bildirir, onların peşəkar kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayır, fikirlərini işıqlandırmağa hazır olduğumuzu bəyan edirik.






















