image-rt-reklam
image-1backend

Ağstafada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Vətən müharibəsi Qəhrərmanları ilə bir gün” mövzusunda görüş keçirilib

image-728x90

8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə dair Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq keçirilən görüşdə RİH başçısı Seymur Orucov, məsul şəxslər, Vətən müharibəsi qaziləri və rayonun fəal gəncləri iştrak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşü giriş nitqi ilə açan RİH başçısı bildirib ki, 8 Noyabr – Zəfər Günü Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tərəqqisi, xalqımızın xoşbəxt, firəvan gələcəyinə hesablanmış müdrik və uzaqgörən siyasətinin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi və azadlığı uğrunda Şanlı Ordumuzun sıralarında, o cümlədən ağstafalı gənclər də böyük rəşadət göstərmişlər. Qazilərimiz və müharibə veteranlarının iştirakı ilə təşkil olunan istənilən görüşlər, tədbirlər tək gənclərimiz üçün deyil, hər kəs üçün əsil qəhrəmanlıq nümunəsi, Vətənə, xalqa, müqəddəs bayrağımıza bəslənilən sonsuz məhəbbətin təcəssümüdür.

Görüşdə çıxış edən Vətən müharibəsi qazisi Fərid Əsgərov ölkəmizin azadlığı uğrunda keçdiyi şərəfli döyüş yolundan xatirələrini bölüşüb, şəhid ailələrinin üzvlərinə və müharibə iştirakçılarına dövlətimizin göstərdiyi yüksək qayğıdan söz açıb. Digər natiqlər,  Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, rayonun fəal gəncləri – Turxan Əliyev, Tükəzban Vəliyeva və digərləri  mövzu ətrafında çıxış edərək, görüşdə iştirak edən qazilərimizin timsalında hər bir müharibə iştirakçısına ağstafalı gənclər adından dərin ehtiram və minnətdarlıqlarını ifadə  ediblər.

Tədbirin sonunda qazilərlə xatirə şəkli çəkdirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90