Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçını şərhi üçün “CBC Sport” türkiyəli məşhur şərhçi Ertem Şenerlə danışıqlara başlamışdı.
Teleqraf-ın əldə etdiyi məlumata görə, artıq danışıqlar uğurla başa çatıb və beləliklə, matçın şərhində Ertem Şener də iştirak edəcək.
Qeyd edək ki, qarşılaşma bu gün saat 21:45-də start götürəcək. Matçın digər şərhçisi isə Pərviz Musayev olacaq.






















