image-rt-reklam
image-o0e5m1ixgcbetmvbtcha8sdoqowmbqua9uk6kuuw_825backend

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dənizçilik təhsili sahəsində əməkdaşlıq müzakirə olunub

image-728x90
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor vəzifəsini icra edən Eldar Qocayev ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib.

“Report” xəbər verir ki, ADDA rəhbəri qonağı salamlayaraq akademiyanın tarixi inkişafı, strukturu, tədris prosesinin təşkili və elmi potensialı barədə ətraflı məlumat verib.

Görüşdə iki ölkənin dənizçilik üzrə ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası, ikili diplom proqramlarının hazırlanması, eləcə də tələbələrin Səudiyyə Ərəbistanının dənizçilik şirkətlərində istehsalat təcrübələrinə cəlb olunması kimi konkret istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.

Səfir İssam bin Saleh əl-Cuteyli təklif olunan əməkdaşlıq təşəbbüslərini yüksək dəyərləndirərək əməkdaşlığın rəsmi Anlaşma Memorandumu əsasında formalaşdırılmasının məqsədəuyğunluğunu vurğulayıb.

Görüş səmimi və qarşılıqlı anlaşma şəraitində keçib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90