image-2000x150
image-1backend

“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb – Şok detallar

image-728x90

Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Zaur Rahil oğlu Məmmədovun bütün mülkləri əlindən alınıb.

Ulusal.az Musavat.com-a istinadən xəbər verir ki, Zaur Məmmədovun vəkili Elçin Sadıqov hüquq-mühafizə orqanlarının rəhbərlərinə müvəkkilinin müraciətini çatdırıb. Surəti redaksiyamıza daxil olan müraciətdə Zaur Məmmədov mütəşəkkil cinayətkar qrupun kriminal əməllərinə məruz qalmasından bəhs edir: “İxtisasca həkim kimi tanıdığım Seyid Mircavid Mirsəməd oğlunun sifarişi ilə kriminal aləmin nümayəndələri tərəfindən cəzaçəkmə müəssisəsinə çağırılmışam, hədələnmişəm, mənə qısa vaxt verilib, Mircavidə pul verməyim tələb olunub. Mən də özümün, ailəmin məhv ediləcəyindən qorxmuşam, mənzilimi və maşınımı dəyərindən aşağı qiymətə məcburiyyət qarşısında satıb bu qruplaşmaya pul verdim. Mənim bu qruplaşma ilə heç bir əlaqəm yoxdur, heç vaxt olmayıb, həmin şəxsləri özünü həkim kimi təqdim edən Mircavid Seyidova görə tanımışam.

Belə ki, Mələk Cənnət qızı Gülməmmədovanın çıxarışla mülkiyyətində olan torpaq sahəsinin satılmasında vasitəçi (makler) kimi iştirak etmişəm. Mələk Gülməmmədova 58 min manata torpaq sahəsini Heyran Seyidə satıb. Heyran Seyidin adından qardaşı Seyid Mircavid Mirsəməd oğlu nümayəndə kimi iştirak edib. O, 58 min manat ödəniş etməklə torpağı alıb. Lakin sonradan Mircavid Seyid torpağı qaytarmağı tələb etdi. Mən torpağın artıq notariusda satıldığını, ona görə də bunun mümkün olmadığını bildirdim. O isə mümkün yolların olduğunu deyib kriminal aləmə müraciət edərək məni sifariş verdi”.

Müraciətdə qeyd olunub ki, ona qəflətən cəzaçəkmə müəssisəsindən – “asobu”dan Qeybəli adlı şəxs zəng edib: “Dedi ki, “asobu”dan “asobu” Mikayıl səni çağırır, gəlməyin məcburidir. Mən məcbur olub 17 saylı cəzaçəkmə müəssisinə getdim. Mikayılın qonağı kimi məni buraxdılar. Mikayıl, Ceyhun və adını bilmədiyim digər məhkumlar məni qəbul etdilər. Mənə dedilər ki, Mircavidin 58 min manatını verməlisən. Mənə qısa vaxt verildi, deyildi ki, çöldəki adamlarımız səni çağıracaq, pulla hazır gələrsən. Mən oradan çıxdım. Sonra mənə Ceyhun zəng etdi ki, bayırdakı adam sənə zəng edəcək. Ceyhunun bayırdakı adamı Ədalət mənə zəng etdi. Onunla görüşdüm. Ədalətin yanında həmişə tanımadığım adamlar olurdu. Nəhayət mən məcbur olub yeganə yaşadığım mənzili və avtomaşınımı dəyərindən çox ucuz qiymətə satdım, ailəmi kirayəyə çıxartdım, Ədalətə bu barədə bildirdim. Mircavid, Ədalət və Ədalətin adamları dəstə ilə gəldilər. Mən, Mircavid və Ədalət söhbət etdik. Mircavid dedi ki pulu Ədalətə verərsən, mən həkiməm, vaxtım yoxdur, gəlib gedə bilmirəm, həvalə elədi Ədalətə. Mən də 52 min 500 manat pulu 3 dəfəyə Ədalətə verdim, lakin Mircavid məni həm torpaqdan, həm mənzilimdən, həm də maşınımdan məhrum etdi. Onun sifarişi ilə kriminal aləm məni sıxıb qorxudub, mənzilimi və maşınımı dəyərindən ucuz qiymətə satdırıb, 52 min 500 manat pulumu hədə qorxu ilə alıblar”.

Zərərçəkmiş qeyd edir ki, həmin vaxtdan bu günə 5 ildir ki, kirayədə yaşayır, mənzillərin dəyəri həddindən artıq qalxıb, Mircavidin sifarişi ilə bu kriminal mütəşəkkil dəstə hədə-qorxu ilə pul(əmlak) tələbi ilə cinayət törədiblər.

Müraciət müəllifi hüquq mühafizə orqanları rəhbərlərindən kömək istəyir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90