image-rt-reklam
image-887169_srcbackend

Ramzan Kadırov həbs edilir: Çeçenistan rəhbəri cinayətlərdə ittiham edilir 

image-728x90

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı yeni ittiham irəli sürüb. Ulusal.az xəbər verir ki, qurumun “Telegram” kanalında yayılan məlumata görə, Kadırov Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci bəndi (hərbi cinayətlər) üzrə qiyabi qaydada şübhəli şəxs qismində tanınıb.

SBU bildirib ki, əldə olunan yeni sübutlar əsasında Kadırovun bəzi çıxışları beynəlxalq humanitar hüququn normalarını və Roma Statutunun tələblərini pozur. Xüsusilə qeyd olunur ki, Kadırov açıq şəkildə rus ordusundakı çeçen komandirlərə ukraynalı hərbçiləri əsir götürməmək, döyüş meydanında güllələmək barədə göstəriş verdiyini bildirib.

Qeyd edək ki, 2022-ci ilin noyabrında SBU Kadırovu axtarışa verib. Onun adı qurumun saytında “istintaqdan gizlənən şəxs” kimi qeyd olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90