“Azərbaycan Prezidentinin apardığı çoxvektorlu siyasət özünü tam doğruldur”
“Prezident İlham Əliyevin Çinə səfəri, hava limanında ən yüksək səviyyədə qarşılanması, hər şeydən əvvəl Çin rəhbərliyinin dövlət başçımıza olan şəxsi hörmətinin, münasibətinin göstəricisidir”.
Bu barədə millət vəkili Nəsib Məhəməliyev “Sherg.az”a açıqlamasında deyib.
Deputat vurğulayıb ki, xüsusilə diqqətçəkən məqamlardan biri də Çinlə Azərbaycan nümayəndə heyətlərinin görüşündə, Çin rəhbərinin İlham Əliyevə “sevgili dostum” deyə müraciət etməsi oldu:
“Düşünürəm ki, bu fraza özündə hər şeyi əks etdirir. Şanxay Əməkdaşlıq Təşkilatı geosiyasi, geoiqtisadi problemlərin həlli, müzakirəsi üçün nüfuzlu, mötəbər beynəlxalq platformadır. Yeni regional və qlobal reallıqların, əsasən Rusiya-Ukrayna müharibəsi fonunda isə son dərəcə əhəmiyyətlidir. Orta Dəhlizin fəaliyyətinin genişləndirilməsi, gələcək yüz illiklər üçün stabil, oturuşmuş nəqliyyat-kommunikasiya sisteminin formalaşdırıkması üçün Azərbaycan Prezidentinin apardığı çox vektorlu siyasət özünü tam doğruldur. Bu günlərdə Çində keçirilən ikitərəfli və çoxtərəfli görüşlər, Cənubi Qafqaz regionunda sülhün əldə olunmasına, Azərbaycan dövlətinin, xalqının gələcək inkişafına, daha da güclənməsinə hesablanıb. Ona görə də, bütün bunları xalqımız yaxından izləyir və müsbət qiymətləndirir”.