image-rt-reklam
image-1backend

Onun üçün AzTV-yə elçi gəldilər, efirdə qardaşının ölüm xəbərini aldı  —  Nailə  İslamzadənin HƏYATI 

image-728x90

Nailə xanım 25 il işlədiyi televiziya kanalından, AzTV-dən ayrılmaq qərarına gəlir. O, bu barədə deyir:

“Bu qərarı qəbul etmək məcburiyyətində qaldım. 25 il çalışdığım, bütün gücümü, bacarığımı sərf etdiyim işdən təbii ki, digər həmkarlarım kimi, mən də istəməzdim. Amma düşünürəm ki, insana işi ilə yanaşı, çalışdığı mühit də vacibdir. Ətrafımda hörmət etdiyim, illərlə Azərbaycan televiziyasının ağır yükünü çiyinlərində daşımış həmkarlarımın olmadığı yerdə işləyə bilməzdim, işləsəm də, qoymazdılar”.

Ulusal.az   xəbər  verir    ki, O, 1998-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb. Uzun müddət Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyib. Eyni zamanda Türkiyənin “TRT AVAZ” kanalında yayımlanan “İş’te kadın” proqramının aparıcısı olub. 2019-cu ilin sentyabr ayından etibarən İTV-də çalışır. Hazırda Saleh Bağırovla birlikdə “Ötən günlər” proqramının aparıcısıdır.

Diktorun həyat yoldaşı onu efirdən görüb, bəyənib. Sonradan o, Xalq artisti Ağakişi Kazımovla televiziyaya gələrək diktor Rafiq Hüseynovla görüşür. Rafiq Hüseynov məsələdən xəbər tutanda, Nailəni otağa çağırır. Heç nədən xəbəri olmayan diktor otağa girib çıxandan sonra öyrənir ki, qonaqlar onun üçün elçiliyə gəliblər. Bu məsələdən sonra Nailə xanım onunla tanış olmaq istəyən bəylə görüşür, münasibət qurur. Bir müddətdən sonra onlar ailə qurur. Bu evlilikdən cütlüyün İslam adlı bir oğlu dünyaya gəlir.

Nailə xanım haqqında yayılan ən maraqlı şayiələrdən biri onun Xalq artisti Akif İslamzadənin həyat yoldaşı olmasıdı. Bu barədə diktor deyir:

“İllər öncə şaiyə yayılmışdı ki, Akif İslamzadənin həyat yoldaşıyam. Buna səbəb soyadlarımızın eyni olması idi. Həm də ki, Akif müəllimin xanımının adı da Nailə idi. Mənim də onların da bir oğul övladı var. Yəni uyğunluqlarımız çox idi. Hətta bu vaxta qədər deyənlər də var ki, Akif İslamzadə ilə ailəliyəm”.

Televiziyada işləyəndə diktorun atası rəhmətə gedir. Bir müddət keçir, diktorun iki qardaşı xərçəng xəstəliyindən vəfat edir. Diktorun üçüncü qardaşı isə yol qəzasında dünyasını dəyişir. Bu zaman Türkiyədə TRT Avaz-da verilişində aparıcı kimi fəaliyyət göstərən diktor verilişlərin birində fasilə vaxtı təsadüfən “Facebook”a girir və rəfiqəsinin ona başsağlığı yazdığını görür. Əvvəl heç nə başa düşməsə də, sonradan ona qardaşının ölüm xəbərini verirlər.

Davamı TV11-in videomaterialında…

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90